Slimfit
  1. CƏMİYYƏT

Bu universitetdə iki yeni ixtisas tədris ediləcək - Rektor

Bu universitetdə iki yeni ixtisas tədris ediləcək - Rektor
Sakura

Bu universitetdə iki yeni ixtisas tədris ediləcək - Rektor

Azərbaycan Dövlət Aqrar Universitetində gələn il iki yeni ixtisasın tədris edilməsi nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin jurnalistlər üçün təşkil etdiyi media-tur çərçivəsində universitetin rektoru İbrahim Cəfərov deyib. O bildirib ki, hazırda tələbələr universitetdə 31 ixtisas üzrə təhsil alır:

"Ötən il Nazirlər Kabinetinə müraciət etdik və şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik ixtisası üzrə yeni ixtisaslar əlavə edildi. Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində 6 fakültə var və 5500-dən artıq tələbəmiz 31 ixtisas üzrə təhsil alır.

Bu gün arıçılıq və ipəkçilik üzrə daha 2 yeni ixtisasa ehtiyac var. Bu məsələni sonuncu kollegiyada da qaldırmışam. Nazirlər Kabinetinə müraciət ediləcək və yəqin ki, növbəti tədris ilində bu 2 yeni ixtisasın tədrisinə də başlayacağıq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR