Slimfit
  1. SİYASƏT

Bu, türk dünyasının uğurudur - Politoloq

Bu, türk dünyasının uğurudur - Politoloq
Sakura

Bu, türk dünyasının uğurudur - Politoloq

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII forumu mühüm tarixi əhəmiyyət kəsb edir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Kənan Paşayev Prezident İlham Əliyevin Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışının önəmi haqqında danışarkən deyib. Politoloq bildirib ki, forumda Azərbaycan Prezidenti İlham Əliyevin nitqi xüsusilə diqqət çəkən məqamlarla yadda qaldı:

“Prezidentin nitqində türk dövlətləri arasındakı sıx qardaşlıq, dostluq və əməkdaşlıq faktları özünü təcəssüm etdirirdi. Cənab Prezidentin Naxçıvan sazişinin ildönümünü və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında yerləşən Zəngəzuru xatırlatması təsadüfi xarakter daşımır. Xüsusilə türk dövlətlərinin forumunda bu ərazilərin adının çəkilməsi həmin bölgələrin tarix boyu türk torpağı olduğu və bundan sonra da türk torpağı olaraq qalacağına dəlalət edir. Həmçinin, ölkə başçısının kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı qeyd etdiyi faktlar Azərbaycanda biznes iqtisadiyyatının inkişafından xəbər verir. Bu gün Azərbaycan həm coğrafi mövqeyinə görə, həm də dünya ölkələri ilə arasında olan iqtisadi əməkdaşlığa görə türk dövlətləri arasında etibarlı tranzit ölkə olaraq özünə nüfuz qazanıb. Hesab edirəm ki, bu həm türk dünyası, həm də Azərbaycan üçün böyük uğurdur”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR