Slimfit
  1. MARAQLI

Bu türk almaniyalı yaşlı bir cütlüyü batan avtomobildən çıxardı

Bu türk almaniyalı yaşlı bir cütlüyü batan avtomobildən çıxardı
Sakura
:0

Kənardakılar sadəcə izləyirdilər

Ens.az xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərində bir türkiyəli kişi yaşlı bir cütlüyü avtomobilləri kanala düşdükdən sonra boğulmaqdan xilas etdi.

Hadisə çərşənbə axşamı təhlükəsizlik işçisi Murat Alkan Königsallee kanalında batan maşını seyr edən bir izdihamın olduğunu görəndə baş verib.

46 yaşlı təhlükəsizlik işçisi avtomobilin batmağa başladığı anda hadisə yerinə gəldi və əvvəlcə ayağında əlilliyi olan yaşlı kişinin təhlükəsizlik kəmərini çıxartdı.

Alkanın cütlüyə kömək etməyə çalışdığını görən başqa bir kişi də yaşlı qadını xilas etmək üçün suya atıldı.

82 yaşlı kişi və 79 yaşlı qadın xilas olunduqdan sonra Alkan avtomobildə başqa birinin olub olmadığını yoxlamaq üçün geri 3 metr dərinlikdəki çirkli kanalın içinə atıldı.

Bu hadisə haqqında danışan Alkan, daha sonra alman mediasına suya atıldığında çəkinmədiyini söylədi. Onun sözlərinə görə, hər kəs bu hadisəni seyr etsə də o, bir insan kimi sadəcə etməli olduğu işi etdi.

“Mən təhlükəsizlik kəmərini açdım. Yaşlı adamı çıxartdım" - dedi. Yalnız bundan sonra başqa bir adam qadını çıxartmaq üçün suya atıldı.

“Bu hadisəni onlarla insan izlədi. Sevinirəm ki, yaşlı insanları xilas edə bildik, amma suya tullananda ətrafımda çox adam var idi. Sadəcə izləyirdilər” - o dedi və məyusluğunu ifadə etdi.

Sonra Alkan, ehtiyac yaranacağı təqdirdə bir daha bunu etməkdən çəkinməyəcəyini əlavə etdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR