Slimfit
  1. TƏHSİL VƏ KARYERA

“Bu tip sualları “qəbul”a salmaq ədalətsizlik olardı” – Müəllimdən “yeni model”ə etiraz

“Bu tip sualları “qəbul”a salmaq ədalətsizlik olardı” – Müəllimdən “yeni model”ə etiraz
Sakura

“Bu tip sualları “qəbul”a salmaq ədalətsizlik olardı” – Müəllimdən “yeni model”ə etiraz

"Əvvəlki illərin məzunları kurikulum  sistemi əsasında təhsil almayıblar. Ona görə də onların bu sistemə uyğun imtahan verməsi düzgün deyil. Məsələn, əgər məktəblərdə dinləmə (listening) cihazları yoxdursa, dinləmə bacarığı ilə bağlı sualları qəbula salmaq ədalətsizlik olar”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbinin İngilis dili müəllimi  Şəbnəm Cəbrayıl deyib. Onun sözlərinə görə, kurikulum əsasında hazırlanan dərsliklərlə ənənəvi dərsliklər arasında ciddi fərq yoxdur:

“Sualların necə olacağı və qəbula hansı mövzuların salınacağını hələ heç kim bilmir. Məsələ budur ki, kurikulum sistemində dərskeçmə metodları fərqlidir. Kurikulum  üzrə dərslər qrup və ya cütlüklər şəklində, bəzən də fərdi formada təşkil olunur. Qəbul imtahanında isə ancaq fərdi şəkildə biliklər yoxlanılır. Yaxşı olar ki, qəbulun bir mərhələsi fərdi, digər  mərhələsi isə kurikulum əsasında dərskeçmə standartlarına uyğun olan imtahan olsun”.

Şəbnəm Cəbrayıl Dövlət İmtahan Mərkəzinin ingilis dilindən yeni nəşr etdiyi test toplusu barədə də danışıb:

“DİM-in nəşr etdiyi test toplusu əvvəlki illərdə çap olunan topluyla tam eynidir. Sadəcə olaraq, bir və ya iki səhifədə yeni mətnlər əlavə olunub.

Abituriyentlərə söz ehtiyatlarına xüsusi önəm vermələrini tövsiyə edirəm. Tərcümə yönümlü suallar çox ola bilər. Unutmasınlar ki, çəkilən əziyyət yerdə qalmır “.

Xatırladaq ki, 2019-cu ildə keçiriləcək qəbul imtahanları tamamilə yeni model əsasında təşkil olunacaq. Yeni modelə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR