Bu tələbələrin təqaüdləri artırıldı - Sərəncam
“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilib.
Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilir:
- akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 75 manat
- akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 60 manat
- akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 50 manat.
Qeyd edək ki, dəyişikliyə qədər peşə təhsili müəssisələrinin tələbələrinə 50 manat təqaüd verilirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət