Dərc edildi: Baxış sayı: 741
Bu tədris ilinin sonunda şagirdlərin biliyi qiymətləndirilməyəcək
"2019-2020-ci tədris ilinin sonu üçün şagirdlərin biliyinin qiymətləndirilməsi prosesinin keçirilməsi nəzərdə tutulmayıb".
Ens.az "Report"-a istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, yeni tədris ilinin birinci yarımil üzrə qiymətlər əsas götürüləcək və sinifdən sinfə keçirilməsi məsələsinə baxılacaq.
O bildirib ki, əgər qiymətindən narazı şagird olarsa, növbəti tədris ili öncəsi müraciət edib qiymətləndirmədə iştirak edərək nəticələrini yaxşılaşdıra bilərlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət