Dərc edildi: Baxış sayı: 627
Bu tədris ilində 164 məktəbdə 360 təmayül sinfi təşkil olunub
2018-2019-cu tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişlənib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Report”a verilən məlumata görə, İdarənin tabeliyindəki 164 məktəbdə 360 təmayül sinfi təşkil olunub.
Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanaraq təsdiq edilib.
Bundan başqa, Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 52 şagird inklüziv təhsilə cəlb edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət