Slimfit
  1. AZƏRBAYCAN

Bu tarixədək seçkilərlə əlaqədar ödənişsiz təşviqatın aparılacağı KİV-lər müəyyənləşəcək

Bu tarixədək seçkilərlə əlaqədar ödənişsiz təşviqatın aparılacağı KİV-lər müəyyənləşəcək
Sakura

Bu tarixədək seçkilərlə əlaqədar ödənişsiz təşviqatın aparılacağı KİV-lər müəyyənləşəcək

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən KİV-də seçkiqabağı ödənişsiz təşviqat aparmaq məqsədilə yer ayrılacaq teleradio verilişləri təşkilatlarının və dövri nəşr redaksiyalarının siyahısı 2019-cu il dekabrın 26-dək dərc ediləcək.
Yeniavaz.com xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi "Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, MSK müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən seçkilərin təyin edilməsi haqqında sərəncam rəsmi dərc olunduqdan sonra 20 gündən gec olmayaraq birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən KİV-də seçkiqabağı ödənişsiz təşviqat aparmaq məqsədilə yer ayrılacaq teleradio verilişləri təşkilatlarının və dövri nəşr redaksiyalarının siyahısının dərc edilməsini təmin etməlidir. Gələn il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət dekabrın 26-dək olan dövrü əhatə edir.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR