Bu tarixdən toyların keçirilməsinə icazə veriləcək – RƏSMİ QƏRAR
Azərbaycanda sentyabrın 30-dək toy, nişan, yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı qadağalar qüvvədə saxlanılıb.
Ens.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair qərarında bildirilib.
Qeyd edilib ki, sentyabrın 30-dək ölkə üzrə xüsusi karantin rejimi tətbiq edilən ərazilərdə dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı məhdudiyyətlər qüvvədə saxlanılıb.
Bundan əlavə, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili ilə məhdudiyyətlər də qüvvədə qalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət