Slimfit
  1. HƏRB

Bu tarixdən hərbçilərin maaşı 20 faiz artırılır

Bu tarixdən hərbçilərin maaşı 20 faiz artırılır
Sakura

Bu tarixdən hərbçilərin maaşı 20 faiz artırılır

Hərbçilərə xüsusi qayğı olaraq onların sosial müdafiəsinin gücləndirilməsi, təminat xərcliyinin artırılması və hərbçilərin maddi rifah halının yaxşılaşdırılması üçün ardıcıl addımlar atılır.

Ens.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və təhqiqatçıları, həmçinin Hüquq İdarəsinin zabitləri ilə keçirilən təlim-metodiki toplanışda çıxışı zamanı deyib.

“Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Fərmanı ilə növbəti artım olaraq 2024-cü il yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılacaq. Hərbçilərin xidmətdə olma müddətinin artırılması həmin şəxslərin mütəmadi artan təminat xərcliyini almaqda davam etməsinə imkan verməklə yanaşı, eyni zamanda, onların yekunda daha çox pensiya almasına şərait yaradır”, - idarə rəisi bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR