Dərc edildi: Baxış sayı: 207
Bu tarixdə İsrail və HƏMAS arasında atəşkəs olacaq
ABŞ Prezidenti Co Bayden gələn bazar ertəsi İsrail və HƏMAS arasında atəşkəs olacağına ümid etdiyini bildirib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Milli təhlükəsizlik müşavirim buna yaxın olduğumuzu deyir. Ümid edirəm ki, gələn bazar ertəsi biz atəşkəsə nail olacağıq”, - o bildirib.
Qeyd edək ki, tərəflər Qətərdə danışıqlar zamanı başqa məqamlarla yanaşı, girovların azad edilməsi ilə bağlı razılıq əldə etməyə yaxınlaşıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət