Slimfit
  1. TEXNOLOGİYA

Bu şrift oxuduğunuzu daha yaxşı yadda saxlamağa kömək edəcək

Bu şrift oxuduğunuzu daha yaxşı yadda saxlamağa kömək edəcək
Sakura

Onu Sans Forgetica adlandırıblar.

Sans Forgetica adı (forget ingilis dilindən “unutmaq” kimi tərcümə olunur) idrak psixologiyasının (insanın informasiyanı necə dərk etməsini öyrənən elm) tətbiqi ilə hazırlanıb. Onun hazırlanması ilə avstraliyalı dizaynerlər və Melburn Krallıq Texnoloji Universitetinin (RMIT) alimləri məşğul olub.

Şriftin əsas özəlliyi hərflərin çatışmayan elementləri oldu. Hazırlayanlar hesab edir ki, beyinə onların tərtib etdiyi mətni oxumaq daha çətindir, bu da o deməkdir ki, o mətndə daha da konsentrasiya olacaq.

Beyin hərfləri tam çəkməyə başlayacaq. Buna görə oxuma yavaşlayacaq, amma yaddaşda daha çox mətn qalacaq.

Stiven Benem

Tipoqraf, Sans Forgetica hazırlayanlarından biri

Bu “istənilən çətinlik” adlanır - idrak psixologiyasından götürülmüş idrak prosesi. Onu bir şeydə fikri cəmləmək üçün tətbiq edirlər. Məsələn: həlli aydın görünən məsələ.

Biz nəyisə anlamaq və yadda saxlamaq istəyiriksə, öyrənmə prosesinə kiçik “maneə” əlavə edə bilərik.  Əgər nəsə çox sadədirsə və ya çox mürəkkəbdirsə, onda o yaddaşda qalmayacaq. Buna görə də sizə “qızır orta”nı axtarmaq lazımdır.

Yanneke Blaylevnes

RMIT-də marketinq üzrə baş mühazirəçi

Şriftin qavranması Melburs Krallıq Texnoloji Universitetinin tələbələri üzərində artıq öyrənilib. Sans Forgetica ilə hazırlanmış mətnin yadda saxlanması Arial ilə hazırlanmış mətndən 7% artıb. Araşdırmada 400 nəfər iştirak edib.

Tipoqraflar hesab edir ki, Sans Forgetica şriftinin əsas auditoriyası tələbələrdir. Böyük mətnlərin oxunması üçün o uyğun deyil:

Sizə onunla yazılmış roman lazım deyil, belə mətnləri oxumaq əlavə baş ağrısı verəcək.

Stiven Benem

Tipoqraf, Sans Forgetica hazırlayanlarından biri

Əgər sizə bu şrfit maraqlıdırsa, siz onu rəsmi saytdan endirə bilərsiniz (.zip arxivlə ölçüsü cəmi 1,5Mb-dır; Windows və Mac dəstəkləyir), həmçinin Google Chrome üçün əlavə quraşdıra bilərsiniz. Sonuncunun vasitəsilə siz internetdə istənilən mətni Sans Forgetica ilə oxuya bilərsiniz.

 

Mənbə: Wylsa.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR