Slimfit
  1. CƏMİYYƏT

Bu şəxslərə Prezidentin aylıq təqaüdünün təyinatı elektron qaydada aparılacaq

Bu şəxslərə Prezidentin aylıq təqaüdünün təyinatı elektron qaydada aparılacaq
Sakura

Bu şəxslərə Prezidentin aylıq təqaüdünün təyinatı elektron qaydada aparılacaq

 

Müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyə görə müavinət və ya pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdünün təyinatı elektron qaydada aparılacaq.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, bu e-sistemlər ildə təqribən 3 mindən çox şəxsi əhatə edəcək. Bununla da cari ilin ötən dövründə artıq 10-dək sosial təminat növünün təyinatı elektronlaşmış olur: "Yaxın günlərdə yeni e-təyinat sistemləri də istifadəyə veriləcək. Avtomatlaşdırma tədbirləri bitdikdən sonra illik təqribən 180 minədək təyinat vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan, elektron şəkildə, proaktiv qaydada həyata keçiriləcək".

A.Kərimov nazirliyin “e-sosial” internet portalının məlumat bazası əsasında bu günlərdə 6 yeni “e-arayış” xidmətinin də təqdim edildiyini diqqətə çatdırıb. Bildirib ki, bununla da nazirliyin e-arayış xidmətlərinin sayı 8-ə çatıb. Dekabr ayının sonuna qədər bu göstərici 15-ə çatdırılacaq. 16 elektron altsistemi və 2 reyestri özündə birləşdirən “e-sosial” portalının “Android” əməliyyat sistemi üçün mobil tətbiqi fəaliyyət göstərir. Artıq bu gündən İOS əməliyyat sistemi üçün "e-sosial" mobil tətbiqi mexanizmi də işə salınır. Bu da vətəndaşların e-sosial internet portalından rahat istifadəsinə və portalın daha əlçatan olmasına imkan verir.

 

Nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyə görə müavinət və ya pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdünün e-təyinatı barədə təqdimatla çıxış edib.

Bildirilib ki, həmin şəxslərə əlillik təyin edildiyi vaxt bu barədə məlumat nazirliyin “Əlillik” altsistemindən “Sosial ödənişlər” altsisteminə ötürülür və onlara bu altsistem avtomatik olaraq aylıq müavinəti və ya pensiyanı təyin etməklə bərabər, Prezidentin aylıq təqaüdünün təyinatını da həyata keçirir. Bu barədə vətəndaşa sms göndərilir, habelə həmin şəxs üçün ödəniş kart sifarişi banka göndərilir. Şəxs sms-də qeyd edilmiş bank filialına 15 gün sonra yaxınlaşaraq ödəniş kartını əldə edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR