Slimfit
  1. AZƏRBAYCAN

Bu şəxslərə mənzil veriləcək

Bu şəxslərə mənzil veriləcək
Sakura

Bu şəxslərə mənzil veriləcək

İşsiz vətəndaşların qeydiyyata alınması prosesi davam edir. Vətəndaşların yardım alması üçün rəsmiləşdirilmə olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, hazırda pensiyaların artması məsələsi də gündəmdədir:

"190 manat az görülə bilər. Bu pul evdə oturaraq heç nə etməmək üçün verilir. Bu məbləğ zəruri ehtiyaclar üçün nəzərdə tutulur. Karantin müddəti uzadıldığı təqdirdə növbəti ayda da vətəndaşlara bu müavinət veriləcək. İşsiz adamlara həm 190 manat yardım edilir, eyni zamanda onların ali təhsil alan övladlarının təhsil haqqı ödəniləcək. 90 min işsiz adamı dövlət işə cəlb edib, onlara 300 manat veriləcək. 1500 şəhid ailəsinə, 7 min köçkün ailəsinə mənzil, 400 nəfərə isə avtomobil veriləcək. Hazırda əhalinin həyatının yüngülləşdirilməsi üçün 150 milyon manat ayrılıb. Eyni zamanda, pensiyaların artırılması məsələsi gündəmdədir. Sosial yardım imkansız ailələrə ödəniləcək. Sadəcə qeydiyyata düşüb, statuslarını rəsmiləşdirmələri lazımdır".

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR