Slimfit
  1. İQTİSADİYYAT

Bu şəxslərə lizinq vermək qadağan edildi

Bu şəxslərə lizinq vermək qadağan edildi
Sakura

Bu şəxslərə lizinq vermək qadağan edildi

Bu ilin yanvarın 1-dən etibarən Vergilər Məcəlləsinə dəyişikliklərin qüvvəyə minməsi bankların fiziki şəxslərə lizinq vermək  imkanlarını da məhdudlaşdırıb. “Qafqazinfo” nun məlumatına görə, Məcəllənin 140.1-ci  maddəsinə edilən dəyişikliyə görə, banklar fiziki şəxslərə lizinq verə bilməz. Lizinq hüquqi və fərdi sahibkarlara veriləcək.

Yeni dəyişikliyin mahiyyətini “Qafqazinfo”ya şərh edən iqtisadçı ekspert Samir Əliyev deyib ki, bundan sonra maliyyəni yalnız hüquqi şəxslər və fərdi sahibkarlar ala bilərlər: “Yəni, adi vətəndaş əgər sahibkar kimi uçotda durmayıbsa, lizinq götürə bilməz. Əvvəllər belə bir qadağa yox idi. Elə buna görə də mobil telefondan tutmuş şəxsi məqsədlər üçün avtomobil almaq istəyənlər lizinqə üz tuturdular. 

Lizinq xidmətləri xüsusilə 2014-cü ildə genişlənməyə başladı. Həmin dövrdə Mərkəzi Bank bank və bank filiallarından kənarda, o cümlədən pərakəndə ticarət obyektlərində kredit verməyi qadağan etdi. Nəticədə istehlak kreditlərinin bir hissəsi lizinqə çevrildi. Vergilər Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən lizinq bir növ məişətdən biznes sektoruna çevriləcək. Bu da təbiidir. Çünki lizinqin mahiyyəti də biznesi dəstəkləmək, istehsal vasitələrini almağa pulu olmayan sahibkarlara bu vasitələri əldə etməyə imkan verməkdir. Dəyişiklik lizinq bazarının kiçilməsinə, lizinq şirkətlərinin azalmasına gətirib çıxaracaq. Bu dəyişiklik eyni zamanda istehlak kreditləşməsini artıracaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR