Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu şəxslərdə COVID-19 peyvəndi işə yaramaya bilər

Bu şəxslərdə COVID-19 peyvəndi işə yaramaya bilər
Sakura

Bu şəxslərdə COVID-19 peyvəndi işə yaramaya bilər

Piylənmədən əziyyət çəkən şəxslərin COVID-19 xəstəliyi səbəbilə ölüm riski 48 faiz daha yüksəkdir və immunitetləri zəif olduğu üçün həmin insanlarda koronavirus peyvəndi işə yaramaya bilər.

Ens.az Publika.az-a istinadən xəbər verir ki,bu barədə Türkiyənin İmmunologiya Dərnəyinin prezidenti və Uludağ Universiteti Tibb Fakültəsinin dekan köməkçisi Barbaros Oral danışıb.

Onun sözlərinə görə, piylənmədən əziyyət çəkənlər təkcə COVID-19-a qarşı deyil, digər bir çox infeksiyalara qarşı daha həssasdırlar və bu xəstəlikləri ağır keçirirlər. Yuxarı tənəffüs yolları və pnevmoniyadan ölüm faizləri bu şəxslərdə hər zaman daha yüksəkdir: "Bu, piylənmənin immun sistemimiz üzərində birbaşa təsirləri ilə yanaşı, səbəb olduğu diabet, insulin və hipertoniya, damar sərtliyi, ürək çatışmazlığı, qaraciyər piylənməsinin mövcudluğundan da asılıdır.

Professor qeyd edib ki, piylənmədən əziyyət çəkən şəxslərin hər zaman paralel xəstəlikləri olduğu üçün onların peyvəndlənməsi vacibdir. Hətta onlara bir neçə fərqli peyvəndin vurulması da mümkündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR