Slimfit
  1. CƏMİYYƏT

Bu şəxslər Sədərək Ticarət Mərkəzinə buraxılmayacaq

Bu şəxslər Sədərək Ticarət Mərkəzinə buraxılmayacaq
Sakura

Bu şəxslər Sədərək Ticarət Mərkəzinə buraxılmayacaq

Sentyabrın 1-dən sonra COVİD pasportu olmayanlar Sədərək Ticarət Mərkəzinə buraxılmayacaq.

Ens.az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında Sədərək Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim deyib.

Onun sözlərinə görə, hazırda bazarda vətəndaşların vaksinasiya prosesi aparılır:

"Hazırda bazarda tibb məntəqəsi fəaliyyət göstərir, aptekimiz də var. Bu, beynəlxalq standartlara cavab verən bir ticarət mərkəzidir. Bu saat bazarda vaksinasiya prosesi aparılır, orada işçilər vaksinasiya olunur. Bundan əlavə, axşamlar bazarlar bağlananda təmizlənir və dezinfeksiya olunur”.

Kəmaləddin Qədim Sədərək Ticarət Mərkəzində insanların kütləvi şəkildə virusa yoluxması ilə bağlı fikirlərə də münasibət açıqlayıb:

"Yazırlar ki, "Sədərək”də virus yayılıb. Bu, qərəzli şəkildə edilib. Virus hər yanda var. Bunun üçün də dövlət öz tədbirlərini görür. Şəhər, bazar, iri ticarət mərkəzləri bağlanmalıdırsa, Nazirlər Kabineti və onun yanında Operativ Qərargah var, lazım olsa, qərar verəcəklər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR