Dərc edildi: Baxış sayı: 439
Bu şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək
Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı “Ümumi təhsil haqqında” qanuna dəyişiklik təklif edilir.
Dəyişikliklə qanunun 27.2.5-ci maddəsinə “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə olunur. Təklif olunan dəyişiklikdən sonra isə cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.
Qanunun hazırkı bəndində isə qeyd edilib ki, uşaqlara qarşı cinsi istismar və ya zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət