Slimfit
  1. CƏMİYYƏT

Bu şəxslər məsuliyyətə cəlb edilə bilər - Vəkildən açıqlama

Bu şəxslər məsuliyyətə cəlb edilə bilər - Vəkildən açıqlama
Sakura

Bu şəxslər məsuliyyətə cəlb edilə bilər - Vəkildən açıqlama

Azyaşlıların son zamanlar restoranlarda, şadlıq saraylarında işlədilməsi halları mütəmadi olaraq müşahidə olunur.

Uşaqların əməyindən istifadə ilə bağlı qanunvericilikdə nələr nəzərdə tutulub? 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Vamiq Şükürov deyib ki, Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməmək işəgötürənin borcudur:

"Həmin maddədə qeyd olunur ki, işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir”.

Vəkil bildirib ki, artıq bu hallara görə səlahiyyətli orqanlar hərəkətə keçməlidir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR