Slimfit
  1. DÜNYA

Bu şəhərdə elektrosamokatların icarəsi qadağan edildi

Bu şəhərdə elektrosamokatların icarəsi qadağan edildi
Sakura

Bu şəhərdə elektrosamokatların icarəsi qadağan edildi

İtaliyanın Milan şəhərində elektrosamokat icarəsi ilə məşğul olan şirkətlərin fəaliyyətinə qadağa qoyulub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Avropa KİV-i yazıb.

Sözügedən qadağalar, İtaliyada həmin samokatların istifadəsinə dair dəqiq qaydaların hazırlanmasına qədər, qüvvədə qalacaq.

Qeyd edək ki, İtaliyada iyunun əvvəlində qəbul edilmiş sərəncama əsasən, piyada zonalarında, velosiped yollarında, eləcə də sürət həddi saatda 30 kilometri aşmayan zonalarda elektrosamokatdan istifadə edilməsinə icazə verilmişdi. Lakin, bu, eyni zamanda, ayrı-ayrı komunnaların öz qaydalarını tətbiq etməyini tələb edir.

İyulun sonlarında Milan hakimiyyəti yeni qaydaları sınaqdan keçirməyə başladı. Bu dəfə samokatların piyada zonalarında istifadəsinə icazə verilsə də, səkilərdə bu, qadağan edildi.

Ümumiyyətlə, son bir neçə ildə elektrosamokatlar Avropada populyarlıq qazanıb. Lakin onların istifadəsi tez-tez insanların xəsarət almasına gətirib çıxarır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR