Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində muzdla işləyən işçilərin sayı açıqlanıb
Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində muzdla işləyən işçilərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd edilir ki, bu il sentyabr ayının 1-nə maliyyə və sığorta fəaliyyəti ilə 24 600 nəfər məşğul olub ki, bunun 4700-ü dövlət, 19,900-ü isə qeyri-dövlət sahəsinə aiddir.
İyul ayı ilə müqayisədə avqustda maliyyə və sığorta işçilərinin sayı dəyişməyib. Statistik məlumatların təhlili onu deməyə əsas verir ki, dövlət maliyyə və sığorta sahəsində işçilərin sayı 100 nəfər və ya 0,5% artıb.
Hesabat dövründə maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatların sayı 1695 olub ki, bunlardan 1470-i kiçik müəssisə və təşkilatdır. Bu sahədə fərdi sahibkarların sayı 1793 nəfər olub. Bunlardan 1347-si kişi, 446-sı qadınlardır.
Qeyd edək ki, bu ilin 9 ayında 83 yeni müəssisə və təşkilat yaradılıb, 23 müəssisə və təşkilat ləğv edilib.
Mənbə: Publika.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət