Slimfit
  1. AZƏRBAYCAN

Bu sahədə qiymətlər ucuzlaşacaq – Prezident fərmanı

Bu sahədə qiymətlər ucuzlaşacaq – Prezident fərmanı
Sakura

Aqrolizinq ASC-nin ləğv olunması fonunda iqtisadi idarəetmədə innovativ yanaşma tətbiq ediləcək

Aqrolizinq ASC-nin ləğv olunması fonunda iqtisadi idarəetmədə innovativ yanaşma tətbiq ediləcək.

Axar.azxəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin kənd təsərrüfatına dəstək üçün imzaladığı fərmanı şərh edən millət vəkili Tahir Mirkişili deyib.

“Fərmana əsasən, bundan sonra kənd təsərrüfatı texnikası və damazlıq heyvanlara tətbiq olunan güzəştlər bütün təchizatçı şirkətlərə şamil ediləcək. Texnika və damazlıq heyvan satışı “Aqrolizinq” tərəfindən deyil, təchizatçı şirkətlər tərəfindən həyata keçiriləcək. Nəticədə kənd təsərrüfatı texnikası bazarında rəqabət güclənəcək, qiymətlərdə azalma müşahidə olunacaq”, - deputat bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR