Bu resept 7 günə sizi ayaq və boyun ağrılarından xilas edəcək
Reseptin faydası öz təsdiqini həmişə tapıb. Həkimlər bu reseptdən istifadə edərək oynaq ağrıları və digər oynaq problemlərinin aradan qalxdığını söyləyirlər. Bu reseptdən istifadə edərək mən də onun faydasını gördüm. Əgər sizin də, kürəyinizdə, boyun və ayaq hissənizdə problemlər varsa, o zaman reseptdən istifadə edərək onu aradan qaldıra bilərsiniz. Bu müalicə orqanizmə öz möcüzəli təsirini qısa bir zamanda göstərir:
- Mağazadan 150 qram istənilən qida jelatini ( bu bir kurs müalicə üçün yetərlidir) alın.
- Hər axşam 5 qram jelatini( 2 çay qaşığı) 1/4 stəkan soyuducuda soyudulmuş suya əlavə edin. Məhlulu otaq temperaturunda saxlayın.
- Gecə boyu jelatin suda əriyib həll olacaq və jeleyə çevriləcək.
- Səhər acqarına məhlulu için. Əgər onun dadı xoşunuza gəlmədisə, üzərinə az miqdarda şirə, bal, yoqurt və ya smetan əlavə edə bilərsiniz.
- Bu proseduru davamlı olaraq 7 gün təkrar edin.
Bu resepti həyata keçirənlər onun həqiqətən də kürək, boyun, onurğa və ayaqlarda olan ağrıları aradan qaldırdığını təsdiqləyirlər. Müalicə ağrıların bir həftə ərzində aradan qalxmasına səbəb olub. Müalicənin tam faydasını əldə etmək üçün onu 6 aydan sonra təkrarlamaq lazımdır. Müalicə oynaqlararası mayenin bərpa olunmasına səbəb olur. Düzdür, bir çox adamlar bu müalicənin faydasına inanmır və ağrıkəsicilərdən istifadə edir. Amma bu adi müalicəni etmək ağrıkəsici qəbulunun azalmasına və ya kəsilməsinə səbəb olur. Bəs jelatinin oynaqlar üçün faydası nədən ibarətdir?
Jelatin heyvani məhsul olub, iri öküzün sümüklərindən əldə olunur. Onun işlənməsi zamanı sümüklər qurudulduqda tərkibindəki birləşdirici toxuma rolunu oynayan kollagenlər olduğu kimi qalır. Kollagenlər isə öz növbəsində daxili bağların, vətərlərin və oynaqların sağlamlığı üçün çox vacibdir. Bundan əlavə jelatinin tərkibində iki vacib aminturşusu var: prolin və hidrosiprolin. Bu iki aminturşu orqanizmdə olan birləşdirici toxumaları effektiv bərpa edir. Jelatinin tərkibindəkilər zədələnmiş oynaqlarda olan birləşdirici toxumaların boyunu və həcmini artırır. Bu onun ən yaxşı xüsusiyyətlərindən biri sayılır. Jelatinin aşağıdakı faydalı xüsusiyyətləri də vardır:
- oynaqları və ürək əzələsini möhkəmləndirir
- maddələr mübadiləsini yaxşılaşdırır
- əqli gücü artırır
- dərini sağlamlaşdırır
- bağları möhkəmləndirir və elastikləşdirir
- osteoporoz və osteoartritin inkişafını ləngidir
- saçları və dırnaqları möhkəmləndirir
- displaziyanın qarşısını alır.
Yuxarıda sadalanan faydalarına görə jelatin qəbul ertmək ilk 7 gün ərzində orqanizmə öz faydasını göstərir. Mən kompyuterdə işləyirəm və bütün günüm kompyuter stolu arxasında keçir. Bu səbəbdən də ayaqlarımda ağrılar və əl barmaqlarında xırçıltılar əmələ gəlməyə başlamışdı. Jelatin müalicəsini qəbul etdikdən isə bir aydan sonra əlamətlər aradan qalxdı və mən özümü tamamilə sağlam hiss edirəm.
Mənbə: İmmunitet.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət