Slimfit
  1. MARAQLI

Bu qidaları ancaq milyonçular yeyə bilər

Bu qidaları ancaq milyonçular yeyə bilər
Sakura

Bu qidaları ancaq milyonçular yeyə bilər

Dünyada elə qidalar var ki, onları yemək üçün lüks bir avtomobilin, hətta evin pulunu ödəmək lazım gəlir. 

 “Yeni Sabah” xarici mediaya istinadən milyonçuların süfrəsini bəzəyən ən bahalı qidalardan bəzilərini təqdim edir:

1. Səhər yeməyi - 27 min dollar

Dünyanın ən bahalı səhər yeməyi 2009-cu ildə yeyilib. 27 min dollara başa gələn süfrədə kruvasan, kofe və kokteyl olub. Qiymətin yüksək olmasına səbəb isə bu qidaların qızıl və brilyantlarla bəzədilmiş olmasıdır.

2.Kürü - 34 min 500 dollar

Ən bahalı kürü Beluqa balığında olur. Bu balıq 60-100 il arası yaşayır. Bu canlılar əsasən Xəzər dənizində yaşayırlar. Beluqa kürüsünün qiyməti 34 min 500 dollardır. 

3. Trüf göbələyi - 300 min dollar

Trüf göbələyinin növlərinə görə qiymətləri də müxtəlifdir. Ən bahalı növünün qiyməti isə 300 min dollardır.

4. "Screaming Eagle Cabernet Sauvignon" şərabı - 500 min dollar

Şərabın bahalı içki növlərindən biri olduğunu bilirik. Ancaq bir butulka şərabın yarım milyon dollara satıla biləcəyi yəqin ki, ağlınıza gəlməyib. Ən bahalı şərab rekordu "The 1992 Screaming Eagle Cabernet Sauvignon” ilə qırılıb.

5. Toy tortu - 1 milyon dollar

Bu tortun belə baha olmasının səbəbi dizaynıdır. Debbi Uinqham imzası daşıyan tort Dubaydakı sərgilərdən biri üçün hazırlanıb. 

Sabrina Eldarqızı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR