Dərc edildi: Baxış sayı: 423
Bu qəsəbədə gün ərzində işıq olmayacaq
Abşeron rayonunun Məhəmmədi qəsəbəsində yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə (35/10 kV-luq “Məhəmmədi” yarım/stansiyası ilə yeni xətlərin əlaqələndirilməsi) rayonun Masazır qəsəbəsinin bəzi ərazilərində də 06 dekabr 2018-ci il tarixində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Bu barədə FaktXəbər-ə “Azərişıq” ASC-dən məlumat verilib.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət