Slimfit
  1. AZƏRBAYCAN

Bu qərarda vətəndaşlar da yer alacaq - İlk dəfə

Bu qərarda vətəndaşlar da yer alacaq - İlk dəfə
Sakura

Bu qərarda vətəndaşlar da yer alacaq - İlk dəfə

Azərbaycan təcrübəsində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaratdığı SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) ölkəmiz və beynəlxalq miqyasda innovativ addım kimi dəyərləndirilə bilər.

Axar.az xəbər verir ki, bu fikirləri “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev SƏLİS tətbiqi barədə danışarkən deyib.

O bildirib ki, SƏLİS multifunksional sistem olaraq, unikal platforma kimi həm QHT-lər üçün bütün prosedurları elektron formada həyata keçirməyə, xidmətləri elektron şəkildə almağa imkan verir, həm də vətəndaşlar üçün təqdim olunan layihə təkliflərinin qiymətləndirilməsində iştirakçılığı təmin edir:

“SƏLİS Şura tərəfindən təqdim olunan həm yeni elektron, distant idarəetmə, həm də elektron vətəndaş iştirakçılığı sistemidir. SƏLİS unikal xüsusiyyətlərə malikdir, bir platformada şəffaflığın təmin edilməsi, elektronlaşmanı, informasiya açıqlığını, vətəndaş məmnunluğunu, vətəndaş iştirakçılığı əks olunub, üzvü vəhdətdə birləşib. Platformanın funksiyaları həm də ictimai rəyi, prioritetlərlə bağlı fikri öyrənməyə də imkan yaradır. Vətəndaşların layihə seçimləri bu barədə mülahizələr irəli sürməyə imkan verəcək.

Bu sistem həm QHT-lər, həm də vətəndaşlar üçün şəffaflığı, elektron xidmətləri, informasiya əlçatanlığını, ictimai nəzarəti təmin edir. SƏLİS qədim yunan demokratiyası ənənələrini elektron formada bərpa edərək, hər bir vətəndaşa layihə təliflərini qiymətləndirmək imkanı təqdim edir. Bunun üçün çox asan qeydiyyat prosedurunu keçmək kifayət edir. Azərbaycan təcrübəsində ilk dəfə olaraq vətəndaşlar dövlət büdcəsindən hansı layihələrin maliyyələşdirilməsinin qərar verilməsində birbaşa iştirak imkanı qazanıblar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR