Slimfit
  1. DÜNYA

Bu proses "cadugər ovu"dur - Tramp

Bu proses "cadugər ovu"dur - Tramp
Sakura

Bu proses "cadugər ovu"dur - Tramp

Jurnalistlərin bəlkə də hamısı deyil, ancaq əksər media orqanlarında pozğun və pis insanlar var. Onlar xəstə insanlardır, digər tərəfdən də demokratlarla mübarizə aparırıq.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp söyləyib.

Tramp, həmçinin, Nümayəndələr Palatasının barəsində istintaq işinin başladılması barədə qərarına da özünəməxsus şəkildə münasibət bildirib: "Bu proses bir fırıldaqçılıq, aldatma, "cadugər ovu"dur".

Xatırladaq ki, ABŞ-da Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı ətrafinda böyük qalmaqal yaşanır. Birləşmiş Ştatlar və Ukrayna prezidentlərinin telefon danışığının stenoqramı Donald Trampın həqiqətən də Kiyevə maliyyə yardımı qarşılığında Vladimir Zelenskidən direktorlar heyətinə Co Baydenin oğlunun da daxil olduğu “Burisma Group” kompaniyasının, həmçinin Hanter Baydenin özünün fəaliyyətini araşdıran Ukraynanın sabiq baş prokuroru Viktor Şokinin istefa şəraitinin tədqiqi barədə xahiş etdiyini təsdiqləyib. Birləşmiş Ştatlar liderinin impiçment prosedurunun başlamasına məhz bu qalmaqal səbəb olub.

Demokrat Co Bayden 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində Donald Trampın əsas rəqibi sayılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR