Dərc edildi: Baxış sayı: 616
Bu otların qoxusu stressi və gərginliyi azaldır!
Müasir insanların bir çoxu stress, sinir gərginliyi və bunların nəticəsi kimi müxtəlif yuxu pozulmalarından əziyyət çəkir. Bu problemləri həll etmək üçün çox sadə bir vasitə mövcuddur. Rusiya mətbuatında bu problemlə bağlı maraqlı təklif irəli sürülüb. Rusiyalı mütəxəssislərin bu təklifi ilə sizi tanış edirik:
Çobanyastığı, mayaotu toxumu, melissa, kəklikotu, pişikotu otlarından götürüb qarışdırın, tənzifdən tikilmiş kiçik bir torbaya yığın, ağzını bağlayın və yastığınızın altına qoyun. Bu otların qoxusu stressi və gərginliyi azaldır, yuxusuzluqdan qurtulmağa kömək edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət