Slimfit
  1. AZƏRBAYCAN

Bu orqanlarda işləmək istəyən 117 nəfər uğur qazandı

Bu orqanlarda işləmək istəyən 117 nəfər uğur qazandı
Sakura

Bu orqanlarda işləmək istəyən 117 nəfər uğur qazandı

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün 394 nəfərin namizədliyi qeydə alınsa da, onlardan 324 nəfər imtahana qatılıb.

İmtahanın nəticələri saat 16:05-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

Test imtahanının nəticələrinə əsasən, 117 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR