Slimfit
  1. DÜNYA

Bu ölkənin turizm gəlirləri 40 faiz azalacaq

Bu ölkənin turizm gəlirləri 40 faiz azalacaq
Sakura

Bu ölkənin turizm gəlirləri 40 faiz azalacaq

Pandemiya və iqtisadi böhran səbəbindən bu il Braziliyada turizm gəlirlərinin 2019-cu il ilə müqayisədə 38,9 faiz azalacağı gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə Braziliyanın Jetuliu Varqasa Fondunun (FGV) dərc etdiyi “COVİD-19-un iqtisadi təsiri. Braziliya turizmi üçün təkliflər” tədqiqatına istinadla xəbər verir. Tədqiqatda qeyd olunur ki, turizm sektoru Braziliyada ÜDM-in 3,71 faizini təşkil edir. 2020-2021-ci illərdə karantin rejiminin vurduğu zərər 116,7 milyard real (20,2 milyard avro) təşkil edə bilər.

FGV turizm sektorunun tənzimlənməsi və normal fəaliyyətə qayıdış prosesinin 12 aya qədər davam edəcəyini proqnozlaşdırır. Beynəlxalq turizmə gəldikdə isə, bərpa dövrünün 18 aya qədər uzanacağı vurğulanır.

Həyata keçirilməsi zəruri olan əsas təxirəsalınmaz tədbirlər sırasında FGV şirkətlərə, xüsusilə aviasiya sektoruna maliyyə yardımının və dövlət dəstəyinin göstərilməsini ön plana çəkir.

Qeyd edək ki, Braziliyada koronavirusa 40 min 500-dən çox insan yoluxub, 2575 nəfər isə bu xəstəlikdən həyatını itirib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR