Slimfit
  1. DÜNYA

Bu ölkənin sakinləri qocalıqda da işləyə bilmək üçün maraqlı üsula əl atıblar

Bu ölkənin sakinləri qocalıqda da işləyə bilmək üçün maraqlı üsula əl atıblar
Sakura

Bu ölkənin sakinləri qocalıqda da işləyə bilmək üçün maraqlı üsula əl atıblar

Yaşlı vaxtlarında da işləməyə davam etmək üçün Yaponiyanın qoca sakinləri ekzoskeletlər taxmağa başlayıblar. Qeyd edək ki, bu ölkənin əhalisi dünyanın ən yaşlıları sayılır.

Bu barədə “NewsLand” xəbər verib.

Məlumata görə, bu qurğular ağır yüklərin daşınmasını asanlaşdırır və yükü onurğa, ayaq və qollardan azad edir. Hazır vəziyyətdə  qurğu insanlara çətinlik çəkmədən 24 kq-a qədər yük qaldırmağa imkan verir. Bir ekzoskelet  təqribən 1300 dollara (2210 AZN) başa gəlir.

Kompaniyadan bildirilib ki, müştərilərdən biri qida istehsalı ilə məşğul olan ailə kompaniyasıdır. Ekzoskeletin yardımı ilə ailə başçısı  70 yaşına baxmayaraq ağır işləri asanlıqla görə bilib.

Yaponiya dünyada ən yaşlı sakinləri olan ölkədir. Amerika Populyasiyanın Tədqiqatları Bürosunun 2015-ci ildən bəri verdiyi məlumata görə, ölkədə 65 yaşdan yuxarı insanlar əhalinin 26 faizini təşkil edir. 

2018-ci ilin sentyabr ayına olan rəsmi məlumatlara görə, ölkədə 70 yaşdan yuxarı sakinlər 20 faizdən çoxdur, bunun müqabilində doğuş nisbəti uzun müddətdir ki, aşağı düşməyə davam edir. Buna görə səlahiyyətlilər pensiya yaşının 60 yaşdan 70 yaşa qaldırılmasını düşünür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR