Bu ölkənin istəyi ilə təyyarələri havaya qaldırdıq - Makron
İordaniyanın istəyi ilə şənbə gecəsi ciddi mühafizə və müdafiədə müdaxiləmiz oldu.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu fikri E.Makron aprelin 13-dən 14-nə keçən gecə İranın hava hücumundan müdafiə olunmaqda Fransanın iştirakı ilə bağlı İsrail ordusunun məlumatına düzəliş edərək deyib.
“İordaniyada hava bazalarımız var... İordaniyanın hava məkanı bu hücumla pozulub. Təyyarələrimizi havaya qaldırdıq və dayandırmalı olduqlarımızı dayandıraraq qarşısını aldıq”, - deyə Makrın BFM/RMC televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, İordaniyanın tələbi ilə şənbə gecəsi Fransanın ciddi mühafizə və müdafiədə müdaxiləsi olub. Fransa H5 hava bazası ilə İordaniyada on ildir ki, mövcuddur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət