Slimfit
  1. İQTİSADİYYAT

Bu ölkələrə nar tingi ixrac edəcəyik

Bu ölkələrə nar tingi ixrac edəcəyik
Sakura

Bu ölkələrə nar tingi ixrac edəcəyik

"2019-cu ilin noyabrında Kolumbiyaya 200 mindən çox nar tinginin göndərilməsi nəzərdə tutulub".

Bunu "Kommersant.az"a açıqlamasında, nar tinglərinin yetişdirilməsi işi ilə məşğul olan "Red Valley" şirkətinin direktoru Rəşad Şirin bildirib. Onun sözlərinə görə, şirkət artıq 2 ildir ki, nar tingi yetişdirməklə məşğul olur:

""Red Valley" nar tinglərinin yetişdirilməsi üzrə lisenziyası olan yeganə şirkətdir. Tinglik təsərrüfatının tədqiqatına 6 ildir ki, start verilib. Nar tinginin ilk ixracı Kolumbiyaya olub. Tinglərin qiyməti 2 dollardır (3,4 AZN). Həmin ölkə ilə razılıq 2017-ci ilin iyununda Kolumbiyanın xarici işlər naziri Maria Angelanın Azərbaycana səfəri zamanı əldə olunub. İmzalanan bu müqavilə müddətsizdir".

Şirkət rəhbəri qeyd edib ki, Gürcüstan, Peru kimi ölkələrə də nar tingi ixrac edilə bilər:

""Red Valley" bundan sonra "Nar bayramı"nda 1-6 yaşlı üzərində meyvəsi olan ağaclarla (dibçəkdə) çıxış edəcək. Şirkətə məxsus "Mina Şirin" nar sortu 2018-ci ilin martından rəsmi nar növləri siyahısına daxil olub".

Qeyd edək ki, bu ilin mayında Azərbaycan Kolumbiyaya 8 min nar ağacı tingi ixrac edib. Həmin tinglər Azərbaycan texnologiyası üzrə əkilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR