Bu ölkələrə koronavirus yenidən qayıdır - SİYAHI
Bütün dünyanı cənginə alan koronavirus infeksiyası səbəbi ilə bir çox ölkələr sərt karantin və sosial izolyasiya qaydaları tətbiq etdi. Keçən zaman ərzində yoluxma saylarının aşağı düşməsi ilə əlaqədar bəzi ölkələr sərt karantin rejiminin yumşaltsa da, yoluxmaların artması ilə karantin qaydalarını yenidən sərtləşdirməyə məcbur oldu.
Ens.az Modern.az-a istinadən karantin yumşaldılmasından sonra virusun yenidən sürətlə yayıldığı ölkələri təqdim edir.
İngiltərə
Bir neçə gün əvvəl ölkə ərazisində karantin rejimini yumşaldan Britaniya bunun yaxşı nəticə vermədiyini gördükdə ayrı-ayrı bölgələr üçün yenidən sərtləşdirmə tətbiq edib.
Artıq bugündən etibarən Lester şəhərində sərt karantin rejimi həyata keçirilir. Beləliklə, sözügedən şəhərdə restoran, kafe, mağaza, pivəxana və digər həyati əhəmiyyət daşımayan obyektlər bağlanıb. Fotoqrafların çəkdiyi şəkillərdən də göründüyü kimi şəhərdə sadəcə işə gedən şəxslər var.
Lakin İngiltərənin digər şəhərlərində karantin rejimi yumşaldılıb və müəyyən qədər sərbəstlik yaranıb.
Qeyd edək ki, karantin rejimi yumşaldılan kimi Southend ve Bournemouth çimərliklərində yaranan "mənzərə" bütün dünyanın diqqətini çəkmişdi, foto hətta, ölkəmizdə də geniş müzakirələrəs səbəb olmuşdu.
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına görə Birləşmiş Krallıqda 312 minə yaxın insan koronavirusa yoluxub, 43 mindən çox insan bu virus səbəbindən dünyasını dəyişib.
ABŞ
ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 4 milyon 850 min nəfəri ötüb. Ölkənin 40 ştatında virusa yoluxma halları artır. Bunun səbəblərindən biri kimi məhdudiyyətlərin yumşaldılmasından sonra insanların maska taxmaması və ya sosial məsafə saxlamaması göstərilir. İyunda Arizona, Kaliforniya, Florida və Texas başda olmaqla 14 ştatda yoluxmada iki dəfədən çox artım qeydə alınıb. Virus sürətlə yayıldığından Texasda ictimai yerlərdə maska taxılmasının məcburi olması ilə bağlı qərar qəbul edilib. Bu qayda COVID-19-a yoluxma halları 20 və ondan yuxarı olan dairələrə şamil ediləcək. Floridada ilk dəfə olaraq sutkalıq yoluxma göstəricisi 10 mini ötüb. Virusun yayılmasının qarşısını almaq məqsədilə ştatın ən böyük dairəsi olan Mayami-Deyddə komendant saatı tətbiq olunub. Bundan əlavə, əyləncə məkanlarının açılması təxirə salınıb.
Meksika
Meksikada da epidemioloji vəziyyət ağır olaraq qalır. Bəzi ərazilərdə sərt karantin qaydalarının nisbətən yumşaldılmasından sonra ötən gün virusa yoluxanların sayı 6741 nəfər artaraq 238 mini keçib. 679 koronavirus xəstəsi vəfat edib.
Brazilya
Braziliyada yeni növ koronavirus səbəbi ilə görülən tədbirlər sayəsində Rio-de-Janeyro şəhərindəki Rocinha ərazində sakitlik müşahidə edilir. Cənubi Amerikanın əhalisi 210 milyona yaxınlaşan Braziliyada indiyə qədər 5 min 812 nəfərdə aşkarlanan yeni növ COVİD -19 səbəbiylə 202 nəfər həyatını itirib.
Fransa
Avropaya gəlincə, Fransada epidemiyanın ikinci dalğasının gözlənilməsi ilə bağlı narahatlıqlar var. Hökumət şirkət və müəssisələrə minimum 10 həftəlik tibbi maska ehtiyatı görməyi tövsiyə edib. Ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyi tədris ilinin başlamasına hazırlaşdıqlarını, lakin virusun geri qayıtmaq riskinin olduğunu açıqlayıb.
Hollandiya
Bu ölkədə 1 həftə ərzində yeni növ koronavirusa yoxlama sayının 95 faiz artması ilə əlaqədar ölkə ərazisində yeni növ qaydalar tətbiq olunmağa başlayıb.
Belə ki, yoluxma saylarının ən çox artdığı Amsterdam və Rotterdamdakı ticarət mərkəzləri kimi insanların sıx olduğu bəzi ərazilərdə avqustun 5-dən etibarən maska taxmaq məcburi olacaq. Qeyd edək ki, 29 iyul-4 avqust tarixlərində ölkədə 2 min 588 yeni yoluxma aşkar edilib. Ümumilikdə ölkədə koronavirusa yoluxma sayı 55min 955 -ə yüksəlib,ölənlərin sayı 6 min 150-yə çatıb.
Serbiya
Serbiya hökuməti yoluxma hallarının artması ilə ölkənin bəzi regionlarında yenidən karantin qaydaları tətbiq edib. Bundan əlavə, qapalı məkanlarda tibbi maskalardan istifadə etməməyə görə cərimələr nəzərdə tutulur. Virusun yayılmasının qarşısını almaq məqsədilə gecə klubları və tələbə yataqxanaları bağlanır. Ən ciddi vəziyyət paytaxt Belqradda müşahidə olunur.
Almaniya
Virusun yayılmasının başlanğıcından Almaniyada həkimlər infeksiyaya 186min 461 yoluxma aşkarlayıblar. Pandemiya müddətində koronavirusdan 8 min 791 pasiyent ölüb. Bununla yanaşı, virusa yoluxmuş təxminən 172 min 600 insan sağalıb.
Virusa yoluxmanın hallarının yüksək olduğu Bavariyada (47 642), Şimali Reyn-Vestfaliyada (39 307) və Baden-Vürtemberqdə (35 090) yenidən sərtləşdirilmiş karantin qaydaları tətbiq edilir.Berlində isə 7 min 322 nəfərdə infeksiyaya yoluxma aşkarlanıb.
Hindistan
Asiyada ən ağır epidemioloji durum Hindistanda müşahidə olunur. Ölkədə ötən gün 21 mindən çox adamda COVID-19 aşkarlanıb. 377 koronavirus xəstəsi vəfat edib. Hindistan üzrə təsdiqlənmiş ümumi yoluxma göstəricisi 627 mini ötüb. Ölkə ərazisində yeni, sərt qaydaların qüvvəyə minəcəyi gözlənilir .
Avstraliya
Avstraliyada, baş nazir Scott Morrison, koronavirusla mübarizədə qapalı və açıq məkanlarda 100 nəfərin toplaşmasına icazə verən üçüncü mərhələdəki qaydanın ləğv olunaraq, əvəzində daha çox insanın bir araya gələ biləcəyi adambaşına dörd kvadratmetrin düşməsi qaydasının tətbiq edilcəyini açıqlayıb. Həftə sonu miqrantlara dəstək məqsədilə keçiriləcəyi planlaşdırılan nümayişlərə də münasibət bildirən Morrison, etirazçıların həm öz, həm də avstraliyalıların həyatını riskə atdıqlarını deyib. "Covid-19" təhlükəsi səbəbindən ölkədə tətbiq edilən sağlamlıqla bağlı xəbərdarlıqların hələ də qüvvədə olduğunu xatırladan Morrison, “nümayişlərə qatılmayın” deyə çağırış edib.
Qeyd edək ki, yenidən sərtləşdirilən karantin qaydaları Azərbaycanda da tətbiq olunmaqdadır. Yoxuma saylarının artması ilə əlaqədər Operativ Qərargahın qərarı ilə ölkədə yoxluxma sayının çox olduğu ərazilərdə xüsusi karantin rejimi avqust ayının 31-dək davam edəcək
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət