Dərc edildi: Baxış sayı: 558
Bu ölkələrdəki azərbaycanlılar dövlətimizdən kömək istəyiblər - RƏSMİ
“Koronavirus pandemiyası dövründə ümumilikdə 47 ölkədən 5104 müraciət daxil olub”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.
Onun sözlərinə görə, bunlar müxtəlif sənədlərlə bağlı məsələlər olub, 1942 nəfərə isə müxtəlif yardımlar edilib:
“Müraciətlər arasında ilk pillələrdə Türkiyə, Rusiya, Ukrayna, İtaliya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, İspaniya və digər ölkələr var. Müraciətlər əsasən müvəqqəti çətinliklərin aradan qaldırılması istiqamətində olub”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət