Slimfit
  1. İQTİSADİYYAT

Bu ölkələr yeni qlobal valyuta yaradır

Bu ölkələr yeni qlobal valyuta yaradır
Sakura

Bu ölkələr yeni qlobal valyuta yaradır

ABŞ dollarının dünyada təzyiq vasitəsi kimi işlədilməsi yeni qlobal valyutanın yaranmasına səbəb olacaq.

Publika.az xəbər verir ki, bu sözləri Rusiya parlamentinin alt qanadı Dümanın Maliyyə Bazarları Komitəsinin sədri Anatoli Aksakov deyib.

Anadolu Agentliyinə açıqlama verən parlamentari ABŞ dollarının istifadəsi ilə bağlı təzyiqin beynəlxalq ödəmələrdə dollardan imtina edilməsi ilə nəticələnəciyini bildirib.

“Dollar dünya valyutası statusunu 1944-cü ildə əldə etdi. O dövrdə dollar sabit qalırdı, lakin bununla yanaşı, bir çox ölkənin valyutası dəyərini itirdi. Bu da dollarla daha çox alış-verişin edilməsinə gətirib çıxardı. Beləliklə, dollar beynəlxalq əməliyyatlarda əsas qüvvə oldu”-, Aksakov deyib.

Onun sözlərinə görə, BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) ölkələri öz aralarında ödənişlər üçün yeni valyuta ərsəyə gətirmək ehtimalını düşünür. Bu ölkələr dünya əhalisinin yarısını və dünya sənayesinin 30%-ni özündə cəmləşdirir.

Parlamentari ehtimalla bağlı bunları deyib: “Alternativ bir qlobal valyuta yaratmaq üçün 5 il lazım ola bilər. Bu Vaşinqtonla əlaqəlidir. ABŞ dollardan istifadə üçün daha çox təzyiq göstərərsə, digər ölkələr də dolların istifadəsinə o qədər qarşı çıxar. Bir çox ölkə indidən dolları rədd edir. Çin neft alış-verişində yuandan istifadə etməyə başlayıb. Əgər proses uğurla davam etsə, ABŞ-ın dünya üzərindəki hökmranlığı başa çatacaq”.

Zümrüd

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR