Dərc edildi: Baxış sayı: 445
Bu ölkədə polis karantinə məhəl qoymayanları döydü
Pakistanda polislər koronavirusla əlaqədar tətbiq olunan karantin qaydalarını pozan şəxslərə qarşı fiziki güc tətbiq edib.
“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, küçəyə çıxmamaq barədə xəbərdarlığa məhəl qoymayan dörd nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Aşağıdakı görüntülərdən də məlum olduğu kimi, qaydaları pozanlar saxlanılmazdan əvvəl asayiş keşikçiləri tərəfindən döyülüblər.
Qeyd edək ki, son rəsmi açıqlamaya əsasən, Pakistanda 5 716 nəfər koronavirusa yoluxub, 96 şəxs pandemiyanın qurbanı olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət