Bu ölkədə parlament seçkilərinin nəticəsi açıqlandı
Martın 1-də Tacikistanda parlamentin aşağı palatasına - Məclisi Aliyə keçirilən seçkilərin nəticələri elan edilib.
Axar.az xəbər verir ki, seçkilərdə 4 milyon 245 min 951 adam iştirak edib ki, bu da seçicilərin 84,16 faizi deməkdir.
Tacikistan Mərkəzi Seçki Komissiyasının sədri Baxtiyer Xudoyerzoda bununla bağlı keçirdiyi brifinqdə deyib ki, partiya siyahıları üzrə hakim Xalq Demokratik Partiyası 12, Aqrar Partiyası 4, İqtisadi İslahat Partiyası 4, Demokratik Partiya və Sosialist Partiyası hərəyə 1 mandat qazanıb.
Sonra Baxtiyer Xudoyerzoda partiya siyahıları üzrə 22 və birmandatlı seçki dairələrindən seçilən 41 deputatın adlarını elan edib.
Parlamentin yuxarı palatasına - Senata seçkilər isə martın 27-də keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət