Dərc edildi: Baxış sayı: 598
Bu ölkədə maskanı düzgün taxmamağa görə cərimə tətbiq olunacaq
Macarıstan paytaxtının və Mişkolts şəhərinin hökumət orqanları bələdiyyə ictimai nəqliyyatından istifadə zamanı qoruyucu maskanın olmamasına görə cərimənin məbləğini artırıblar.
Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, indi qanunu pozanlar əvvəlkindən 50 faiz çox pul ödəməli olacaqlar.
Həmçinin bildirilir ki, cərimələr yalnız maskanın olmamasına görə deyil, həm də onların düzgün taxılmamasına görə tətbiq olunacaq. Yeri gəlmişkən, əgər maska üzə taxılıb, burunu örtməyəcəksə, o zaman maskanın olmaması halı kimi eyni məbləğdə cərimə ödəniləcək. Beləliklə, maskanın düzgün geyinilməməsi onun olmamasına bərabər tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət