Bu ölkədə koronavirusa görə tətbiq edilən məhdudiyyətlər azaldılır
İraq koronavirusa görə martın 17-dən ticarət və iş yerlərində tətbiq etdiyi məhdudiyyətləri yüngülləşdirdiyini açıqlayıb.
“Anadolu” agentliyi İraq Böhran Mərkəzinə istinadən xəbər verir ki, sağlamlıq qaydalarına əməl edilməsi şərti ilə komendant saatı istisna olmaqla, iş yerləri, fabriklər və emalatxanaların açılmasına icazə verilir.
Eyni zamanda, təhsil müəssisələri, ibadət yerləri, çayxanalar, idman sahələri, ticarət mərkəzləri, toy salonlarının fəaliyyəti və hər cür kollektiv iclaslar və yas mərasimlərinin keçirilməsi qadağası davam edir.
Ölkədə 4 nəfərdən çox sərnişin daşıyan ictimai nəqliyyat vasitələrinin fəaliyyətinə qoyulan qadağa davam edir.
Həmçinin bildirilir ki, günün müəyyən saatlarında 3 tondan çox yük daşıyan taksi və nəqliyyat vasitələrinin işləməsinə isə icazə veriləcək.
Ramazan ayında komendant saatı axşam saat 19.00-dan 6.00-dək tətbiq ediləcək.
Digər tərəfdən, əyalətlərdəki epidemik vəziyyətə görə, rəhbər şəxslərin fərqli qərarlar qəbul etmək səlahiyyətinə sahib olduğu da qeyd edilir.
Qeyd edək ki, İraqda 1539 nəfər koronavirusa yoluxub, 82 nəfər isə virusdan ölüb.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət