Dərc edildi: Baxış sayı: 720
Bu ölkədə kişilərin ölkəni tərk etməsi qadağan edildi
Türkmənistanda ehtiyatda olan zabitlərin ölkəni tərk etməsi qadağan olunub.
Axar.az xəbər verir ki, bu məlumatı “Azadlıq” radiosu yayıb.
Məlumata görə, bununla bərabər Türkmənistandakı bütün hərbi komissarlıqlara 50 yaşına qədər olan kişilərin hərbi xidmət üçün yararlılığının yoxlanılması əmr edilib.
Radionun mənbəsi hazırda Türkmənistan ordusunun bərbad vəziyyətdə olduğunu və hansısa hərbi əməliyyatlar aparmaq iqtidarında olmadığını vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət