Dərc edildi: Baxış sayı: 571
Bu ölkədə internet qadağan edildi
Afrikanın cənubunda yerləşən Zimbabve ölkəsində internet qadağan edilib.
Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, buna səbəb uzun müddətdir ölkədə davam edən mitinqlər olub. Zimbabvenin ən böyük internet paylayıcısı olan “Econet Wireless” adlı şirkət hökumətin əmriylə internetin verilişini dayandırıb.
Şirkət bununla bağlı verdiyi açıqlamasında məhkəmə qərarı çıxana kimi verilən təlimata əməl edəcəyinin bildirib. Hökumət isə hələ də səssizliyini davam etdirir.
Qeyd edək ki, Zimbabvedə bir müddət öncə Feysbuk, Votsap, Tvitter və Yutub da əngəllənmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət