Slimfit
  1. DÜNYA

Bu ölkədə Facebook,Twitter və Youtube-a girişə icazə verildi

Bu ölkədə Facebook,Twitter və Youtube-a girişə icazə verildi
Sakura

Sosial şəbəkələr noyabrın 6-da Xoroq etirazından sonra bağlanmışdı.

Tacikistanda Facebook, Twitter və Youtube-a girişə icazə verilib. Ancaq digər sosial şəbəkələr hələ də bloklanmış vəziyyətdədir.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Axbor nəşri yayıb.

Mənbə yazır ki, sosial şəbəkələr noyabrın 6-da Xoroq etirazından sonra bağlanmışdı. Həmin gün şəhərin yüzlərlə sakini vilayət administrasiyası binası önünə toplaşaraq şəhərdə qoyulan əlavə polis postlarının yığışdırılmasını tələb ediblər.

Xəbərdə deyilir ki, noyabrın 4-də Tirçid yaşayış məskənində atışma olub, nəticədə 3 yerli sakin yaralanıb.

Vəziyyətin normallaşması üçün əraziyə əlavə qüvvələr yeridilib, patrul postları qoyulub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR