Bu ölkədə 3 000-dən çox hərbçidə koronavirus aşkarlanıb
ABŞ-da 3 000-dən çox hərbi qulluqçuya COVID-19 diaqnozu qoyulub.
“Report” CNN-ə istinadən xəbər verir ki, ən azı 3 022 amerikalı hərbçidə koronavirus testi pozitiv nəticə verib, 2 nəfər isə virusun qurbanı olub.
Məlumata görə, ümumilikdə ölkənin Müdafiə Nazirliyinə bağlı 4 679 əməkdaşda koronavirus aşkarlanıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 939 000-i ötüb. Bunların 459 578 nəfəri sağalıb, 120 884 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət