Dərc edildi: Baxış sayı: 272
Bu ölkə Ukrayna üçün yarım milyon mərmi aldı - Stoltenberq
Çexiya NATO-nun müdafiə nazirlərinə Ukrayna üçün artıq 500 min mərmi aldığını bildirib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə alyansın Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
“Çexiya mərmi təşəbbüsü çərçivəsində Kiyev üçün yarım milyon mərmi aldığını təsdiqləyib”, - Stoltenberq bildirib.
O, həmçinin bir neçə NATO ölkəsinin Kiyevə yeni silahların verilməsi ilə bağlı son vədlərini, o cümlədən Almaniyanın Ukraynaya daha bir Patriot hava hücumundan müdafiə sistemləri batareyası göndərmək qərarını alqışlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət