Dərc edildi: Baxış sayı: 517
Bu ölkə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3 dəfə artdı
Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi ötən il təxminən 3 dəfə artaraq 450 milyon dollar təşkil edib.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini Yaqub Eyyubov Belarusun Müstəqillik gününə həsr olunmuş diplomatik qəbulda deyib.
Baş nazirin müavini qeyd edib ki, iki ölkə arasında əlaqələr siyasət, eləcə də iqtisadiyyatın maşınqayırma, neft-kimya sahələrində, həmçinin təhsil, tibb, mədəniyyət, gənclər siyasəti sahələrində uğurla davam edir.
Qeyd edək ki, iyulun 2-də Belarus müstəqillik gününü qeyd edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət