Dərc edildi: Baxış sayı: 292
Bu ölkə də Kremlə qarşı “xüsusi tribunal qrupu”na qoşuldu
Rusiyanın təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılması üzərində işləyən qrupda iştirak edən ölkələrin sayı 34-ə yüksəlib.
Axar.az xəbər verir ki, bunu Ukraynanın XİN rəhbəri Dmitri Kuleba deyib.
Nazir qeyd edib ki, sözügedən qrupa Kosta-Rika da qoşulub:
“Telefon danışığımız zamanı xarici işlər naziri Arnoldo Tinoko mənə Kosta-Rikanın Ukraynaya qarşı təcavüz cinayəti üzrə xüsusi tribunalın əsas qrupuna qoşulmaq qərarına gəldiyi haqda məlumat verdi. Hazırda qrupa qoşulan ölkələrin ümumi sayı 34-ə çatıb”.
Qeyd edək ki, Rusiyanın təcavüz cinayəti üzrə tribunalın tam olaraq necə olacağına dair hələ qərar hələ verilməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət