Dərc edildi: Baxış sayı: 485
Bu ölkə BMT-də səs haqqından məhrum edilə bilər
Braziliya BMT Baş Assambleyasında səs haqqından məhrum edilə bilər.
Axar.az xəbər verir ki, buna səbəb Braziliyanın təşkilatın büdcəsinə iki il ərzində borcunu ödəməməsi olub. Belə ki, Braziliyanın BMT-yə borcu 415 milyon dollara çatıb. Səsi qorumaq üçün Braziliyanın BMT büdcəsinə 126 milyon dollar ödəməli olduğu bildirilib.
Qeyd edək ki, BMT son 10 ilin ən böyük büdcə böhranı ilə qarşı-qarşıya qalıb. Hazırda təşkilata 193 ölkədən 54-nün borcu var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət