Slimfit
  1. AZƏRBAYCAN

Bu nazirlik maşınını 5 minə satır – Hərrac

Bu nazirlik maşınını 5 minə satır – Hərrac
Sakura

Bu nazirlik maşınını 5 minə satır – Hərrac

Xarici İşlər Nazirliyi tam yararsız halda olan balansındakı avtomobili o vəziyyətdə hərraca təqdim edib.

Axar.az xəbər verir ki, avtomobil Əmlak Məsələləri Dövlət Komitəsinin 2 iyul tarixində keçirilməsi planlaşdırılan hərracda satılacaq. Sözügedən hərraca ümumilikdə dövlət qurumları tərəfindən 16 avtomobil təqdim edilib.

Auksionda Milli Məclis, Daxili İşlər Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Azərbaycan Dəmir Yolları QSC, Kənd Təsərrüfatı Nazirliyi və Xarici İşlər Nazirliyinin istifadəsiz qalmış avtomobilləri satılacaq.

Hərraca çıxarılan avtomobillər arasında ən diqqət çəkəni XİN-ə məxsus olan “BMV 523” markalı 2006-cı il istehsalı avtomobildir. İlkin satış qiyməti 5000 manat müəyyən edilən avtomobilin yararsız vəziyyətdə olduğu qeyd edilib.

Hərracın ən yüksək qiymətə satışa təqdim edilən avtomobili isə Azərbaycan Dəmir Yolları QSC-yə məxsus “Rekston RX270” markalı maşınıdır. Avtomobil üçün müəyyən edilən ilkin satış qiyməti 10.500 manatdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR