Noyabr ayının gəlişi ilə bazar piştaxtalarında yerini alan heyvanın insan sağlamlığına müsbət təsirləri…
Noyabr ayının gəlişi ilə bazar piştaxtalarında yerini alan heyvanın insan sağlamlığına müsbət təsirləri bəllidir.
Publika.az tövsiyə edir ki, bu sərvətin meyvəsi ilə yanaşı, tumlarından da istifadə etmək olduqca yararlıdır.
Çünki vitamin baxımından zəngin olan heyva tumunun dəriyə qulluqda inanılmaz faydaları olur.
Mütəxəssislərin qənaətinə görə, heyva tumunda vitamin, mineral və antioksidant var. Bunun sayəsində ölü dəri hüceyrələri asanlıqla təmizlənir və qüsursuz dəri ortaya çıxır. Eyni zamanda, sızanaq ləkələri, günəş şüalarının buraxdığı izlər və doğuş ləkələri kimi problemlər də yox olur. Qırışıqlıq, dəri sallanmasının öhdəsindən gəlmək üçün heyva tumu əvəzedilməz özəlliyə sahibdir. Ən təsirli təbii nəmləndirici olan heyva tumu genişlənmiş məsamələri kiçildərək qara nöqtələrin yaranmasının qarşısını alır.
Heyva tumu ilə hazırladığınız maska ilə gözün altında yaranan göyərmələr və torbaların ortadan qaldırılmasına kömək edir.
Cildi nəmləndirən heyva tumu maskası
2 yemək qaşığı heyva tumu
1 stəkan təbii gül suyu
2 çay qaşığı badam yağı
Gül suyunun içinə heyva tumlarını töküb bir gecə kənarda gözlədin. Səhər tumları suyun içindən süzün və badam yağını əlavə edin. Qarışdırdıqdan sonra üzünüzə çəkib 20 dəqiqə gözləyin. Qalan suyu 1 həftə ərzində istifadə edə bilərsiniz. Bu maskanı həftədə iki dəfə tətbiq edə bilərsiniz.
Ləkələri yox edən heyva tumu maskası
1 heyvanın tumlarını çıxararaq üzərini örtəcək qədər su əlavə edin. Ardınca qarışığı 1 dəqiqə qaynadın. 4 saat gözlədikdən sonra dəridə ləkə olan yerlərə vurun. Üzünüzdəki ləkələr gedənə qədər bu maskanı tətbiq edin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət